Kateqoriyalar: Təhsil

Türkiyə universitetlərinə imtahan verənlərə şad xəbər: Narahatlığa səbəb yoxdur! –Güzəştlər

“Türkiyə universitetlərinin çoxunda virusla əlaqəli olaraq TYS, ALES, YDS kimi tələb olunan imtahanlar ləğv edildi. Bu səbəbdən artıq bakalavr və magistr səviyyələrində təhsil almaq istəyənlər üçün bu nəticələr şərt deyil”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Ramal Şəmşədli söyləyib.

Onun sözlərinə görə, artıq Türkiyə ali təhsil müəssisələrinə müraciət sayında tətbiq olunan limit aradan qaldırılıb:

“YÖK-dən (Yüksek Eğitim Kurulu) yaxın zamanda açıqlama verildi. Həmin açıqlamada qeyd olunur ki, tələbələr  universitetlərə attestatla bütün ixtisaslar üzrə qəbul üçün müraciət edə bilərlər.  Eyni zamanda, əvvəlki illərdə ixtisaslara görə tələbələr üçün kvota sayı ayrılırdı. Bu il həmin limit də YÖK tərəfindən ləğv edildi. Artıq universitetlər istədikləri qədər tələbə qəbul edə bilərlər”.

Təhsil eksperti qeyd edib ki, YÖK-ün qərarına əsasən, növbəti tədris ilində də dərslər distant formada davam edə bilər:

“Bu il Türkiyə ali təhsil müəssisələrinə qəbul müddəti də uzadıldı, bu proses  dekabrın 15-nə kimi davam edəcək. YÖK bildirib ki, əgər virusla əlaqədar universitetlerin açılması uzadılarsa, bu səfər dərslər və imtahanlar onlayn şəkildə keçiriləcək”.

“Qeyd edim ki, dünən Ankara və Hacettepe Universiteti attestatla qəbul elanı verdi. Eyni zamanda, Ankara Universiteti xarici tələbələr üçün nəzərdə tutulan YÖS imtahanını da ləğv edib. Buna görə də heç bir narahatlığa səbəb yoxdur. Tələbələrimiz istədikləri ixtisas üzrə arzuladıqları universitetlərə müraciət edə bilərlər”, – deyə Ramal Şəmşədli sözlərinə əlavə edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024