Kateqoriyalar: HadisəTəhsil

Direktorun qanunsuz əməllərinə dair materiallar 4 il öncə hüquq-mühafizə orqanlarına təqdim edilib – AÇIQLAMA

“Bu gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma nəticəsində faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. Bəzi media qurumları Baş Prokurorluğun məlumatında istinad edilən sabiq direktor Cavad Səfərovun hazırda 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra etdiyini səhvən qeyd ediblər”.

Aranxeber xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. 

Məlumatda qeyd edilib ki, hələ 2016-cı ildə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Səfərov Cavad Abdulla oğlunun əmək müqaviləsinə öhdəliklərini yerinə yetirmədiyinə, məktəbəhazırlıq qruplarının təşkili qaydalarının kobud surətdə pozduğuna, digər əməlləri ilə dövlətin qanuni mənafelərinə xələl gətirdiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib (BŞTİ 11/1025, 25 noyabr 2016-cı il tarixli əmr).

Bununla da direktor vəzifələrini icra edən şəxsin müxtəlif xarakterli qanunsuz əməllərinin 4 il bundan öncə daxili araşdırma nəticəsində ifşa edilərək müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi təmin edilib: “Təhsil Nazirliyi tərəfindən dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirlərin aparılması aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirilir”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024