İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.
Aranxeber xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:
“İnsanlar artıq öz gəlirlərini formalaşdırır və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, bir ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.
F.Talıbov həmçinin qeyd edib ki, may ayında üç mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb: “Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manat almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…