Kateqoriyalar: Ölkə

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz bilməməkdə günahlandırdı: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inaqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Sarkisyan Xocalı aeroportunda açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

V.Əhmədov Qarabağdan olan deputatların ermənilərin Şuşada keçirdiyi tədbirlə bağlı münasibət bildirməməsinə də etirazını bildirdi.

Komitə sədri Siyavuş Novruzov isə bildirdi ki, ehtiyac yaransa, müdafiə nazirini bura dəvət edərik, o da təkliflərini verər: “Biz hardan bilirik ki, müdafiə naziri Ali Baş Komandana öz təkliflərini verməyib? Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr “Azərbaycan raket atmalıdır”, “Şuşa bombalanmalıdır” dedilər. Bu artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyuqqanlılıqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. 90-cı illərin yanaşması ilə bu məsələyə yanaşmaq doğru deyil. İndi “dayandoldurum” dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas yanaşmalıyıq”.

Deputat Bəxtiyar Əluyev isə “o adamlar ki, vaxtilə Şuşanın işğal olunması zamanı hökumətdə təmsil olunublar, Qarabağda olan deputatların ünvanına belə populist fikir səsləndirməyə haqqı yoxdur”-deyə, kəskin reaksiya verdi.

Musavat.com

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024