Bərdədə kənd sakinləri susuz qalıb

Bərdə rayonunun Xanərəb kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-a kənd sakinləri tərəfindən məlumat verilib.

Yerli sakin iddia edir ki, səkkiz günə yaxındır kəndin bir hissəsində su yoxdur:

“Xanərəb kəndində 20-22 məcburi köçkün ailəsi yaşayır. Əvvəllər su ilə bağlı ciddi problemimiz olmayıb. Lakin bir ay ərzində artıq ikinci dəfədir ki, 60-70 ailənin həm içməli suyu yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün istifadə etdikləri artezian quyusu işləmir. Daha əvvəl də quyudan suyun çıxarılmasında istifadə edilən nasoslarda problem yaranıb, amma qısa zamanda həll olunub. Ancaq bu dəfə Bərdə rayon Su Artezian idarəsi ilə əlaqə saxlasaq da, ayın sonuna kimi qeyri-iş günü olduğunu bildirərək, müraciətimizə baxılmadı.

İsti hava şəraitini nəzərə alaraq, nəinki həyətyanı sahələr və əkin sahələrinin suya tələbatı ödənilmir, əhali heç içməli su da tapa bilmir. Maşını olanlar 2-3 km məsafəyə – kəndin aşağı hissəsinə gedərək su gətirir. Digər ailələr isə bunu edə bilmir. 70 yaşlı insanlar çətinliklə su daşımalı olurlar. Su məsələsinə bir qədər həssas yanaşa bilərdilər. Axı hər hansı fövqəladə vəziyyətlə əlaqədar növbətçi işçilər idarədə olmalıdır”.

Kənd sakini şikayətində onu da qeyd edib ki, artezian quyusunun nasosu sökülərək aparılıb və onlara bir müddət gözləməli olacaqları bildirilib. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024