Kateqoriyalar: Sağlamlıq

Adi yoncanın insana verdiyi inanılmaz faydalar

Yonca adətən heyvanların yemi kimi istifadə olunur. Lakin yonca həmçinin çox faydalı müalicəvi bitkidir.

Yoncanın gülləri xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur.

Yonca qadınlar üçün xüsusilə faydalıdır. Yoncanın tərkibində qadın hormanları olan estrogenlərə oxşar maddələr var. Bu maddələr klimaksın xoşagəlməz simptomlarını azaldır, təzyiqi normallaşdırır, qadına klimaksı daha asan keçirməyə kömək edir. Klimaks zamanı yoncadan müalicəvi çay hazırlayın: 2 ç.q. təzə yoncanı termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 4 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin. Müalicə kursu – 1 ay

Bəzi eksperimentlər göstərir ki, yonca bəzi xərçəng formaları zamanı müalicəvi təsir edir. Lakin süd vəziləri, uşaqlıq, yumurtalıq xərçəngi zamanı yoncadan istifadə etmək olmaz.

Yonca antiseptik, antibakterial, virusəleyhinə təsirə malikdir.

Yonca sidikqovucu təsir edir, sidik kisəsini və sidik yolları təmizləyir, iltihabı azalıdır.

Yonca nəfəs yollarını selikdən və mikroblardan yaxşı təmizləyir.

Yonca immuniteti möhkəmləndirir. Bu məqsədlə belə dadlı və faydalı çay hazırlayın. 1 ç.q. yonca+1 ç.q. itburnu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Çaya bal, limon əlavə etmək olar.

Yonca dəmləməsi göbələk əleyhinə təsirə malikdir, pis ayaq qoxusunu yox edir. Ayaqlarda göbələk zamanı hər axşam yatmazdan əvvəl yonca dəmləməsi ilə ayaq vannaları edin. 2 xörək qaşığı yoncanın üzərinə 1 l su tökün, dəmləyin və ayaq vannaları üçün istifadə edin.

Güclü antiseptik və mikrobəleyhinə təsirinə görə yonca kosmetologiya da geniş istifadə olunur. Yağlı iltihablı dərini təmizləmək üçün belə losyon hazırlayın: 5 x.q. təzə yonca güllərinin üzərinə 10 x.q. araq tökün, 7 gün ərzində sərin qaranlıq yerdə saxlayın, sonra süzün və səpgilərin üzərinə çəkin.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024