Ağdaşda narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb.
Aranxeber xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi ev 2 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Hüseynov Elmir Elman oğlu və Ağdaş rayonu Binələr kənd sakini 1987-ci il təvəllüdlü Bayramov Gündüz Mehdi oğlu narkotik tərkibli çətənə bitkiləri yetişdirdikləri üçün tutulublar. Onların becərdiyi çətənə kolları kökündən çıxarılaraq qablaşdırılaraq götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb. İki xalaoğlu olan Elmir Hüseynov və Gündüz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Qeyd edək ki, “Xaş-xaş 2020” tədbirlər planına əsasən Ağdaş rayonu ərazisində ümumilikdə 4 fakt üzrə 7328 ədəd, 1 ton 141 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar edilib, kökündən çıxarılaraq məhv edilib/APA.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…