İmişli şəhərinin mərkəzində yerləşən, Azərbaycan şairi M.Ə.Sabirin adını daşıyan park zibilxanaya çevrilib.
Bu, şəhərdəki yeganə çirkli yer deyil. İmişlinin müxtəlif yerlərində uzun müddət yığılıb qalmış məişət tullantılarına rəst gəlmək olar. Özü də bu tullantılar, əsasən mərkəzi küçələrdə daha çoxdur. Bəzi yerlərdə zibil qutuları olmadığından sakinlər zibili yolun kənarına atırlar. Belə vəziyyət isə təbii ki, antisanitariya problemi yaradır.
Şəhərin mərkəzindən keçən su kanalı da xeyli çirklənib. Kanala müxtəlif məişət tullantıları atılır. Bu tullantılar isə suötürücü boruların giriş hissəsinə yığılaraq eybəcər vəziyyət yaradır.
İmişli şəhərinin məişət tullantıları ilə bağlı probleminə dəfələrlə toxunulsa da, bu hələ ki, aidiyyatı qurumlar tərəfindən həll edilməyib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…