Aranxeber xəbər verir ki, mikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu həyata keçirilib. Bu haqda Eyndhoven Texnologiya Universitetinin alimləri məlumat veriblər.
Bu, mikrocərrahiyyə əməliyyatı zamanı son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulan yeni metoddur. Bu metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.
Hazırda yalnız az sayda cərrah mikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir. Robot bu işdə onlara kömək edəcək.
Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem (“MUSA”) hazırlayıblar.
Yaxın vaxtlarda istehsalçılar qurğunun sınaqlarını həyata keçirəcəklər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…