Azərbaycanda it döyüşləri təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.
Aranxeber xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı hazırda araşdırma aparılır:
“Onların törətdikləri əmələ hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir”.
E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.
Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…