Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb

Neftçala və Biləsuvar rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə isə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.  Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır/APA.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024