Kateqoriyalar: MaraqlıÖlkə

Afaq Bəşirqızı Prezidentə MÜRACİƏT ETDİ – “Bu iki nəfəri mədəniyyət naziri postuna namizəd görürəm”

Aranxeber  xəbər verir ki, Afaq Bəşirqızı mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib:

“Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Beynəlxalq əlaqələr də çox vacibdir. Azərbaycan mətbəxinin, musiqi alətlərinin, dünyaya tanıdılmasında bu şöbənin böyük rolu olmalıdır. Mənim 65 yaşım var, ağbirçəyəm və hər halda həmin şöbədə çalışanlara övladım kimi müraciət etməyə haqqım var. O uşaqlara təşəkükrümü bildiririəm və halal olsun deyirəm. Kino və teatr sahəsi bərbad vəziyyətdədir. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Bəziləri lazımsız yerlərdə oturdulublar. Bir konsepsiya yazılmalı və o konsepsiya ilə hərəkət edilməlidir.
Cənab prezident, Sizdən çox xahiş edirəm, bura kiminsə bacısı oğlunu, qohumunu göndərməyin. Amanın bir günüdür!

Bəlkə, ora atası fəhlə, anası kolxozçu təyin edilə bilər. Amma balası gözəl mütəxəssisdirsə, niyə də təyin olunmasın? Gözəl mütəxəssislər var ki, şadlıq saraylarında ofisiant işləyirlər.

Soruşular bilər ki, siz bu posta kimi namizəd görürsünüz. Mən Afaq Bəşirqızıyam və sözümü yüz ölçüb bir biçən adamam. Bizim incəsənət sahəmizdə fərqlənən sahələr, məsələn teatr, musiqi ansamblları var. Onları yaşadan mütəxəssislər də öz yerində. Lakin onların hamısı nazir postuna layiq deyillər. Belə insanların nazir təyin olunması onların yaradıcılığının qarşısını alar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Mən 1989-cu ildə Bakıya – Musiqili Teatra Polad Bülbüloğlunun köçürməsiylə dəvət olunandan sonra da orayla sıx əlaqə saxlayırdım. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Aktyorların evlə təmin olunması, fəxri adlar və sair bunları danmaq olmaz. Amma halbuki o teatrda işlədiyim 15 il ərzində cəmi 3 nəfər – mən, Hicran Mehbalıyev və Valeh Kərimov fəxri ad almışdıq. Amma Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir”.

Afaq Bəşirqızı bildirib ki, mədəniyyət sahəsinə rəhbərlik edən qeyri-ixtisas sahibləri də uzaqlaşdırılmalıdır:

“Ora kiminsə qohumu qoyulsa, o, qeyri-ixtiyari hansısa mafiozları yığacaq və onlar da bu sahəni sağacaqlar. Birinci növbədə bioloqlar, tarixçilər, fizika riyaziyyat mütəxəssisləri mütləq yığışdırılmalıdır və ora mütəxəssislər cəlb oilunmalı və yeni konsepsiya qurulmalıdır. Bu, mənium fikrimdir. Və siz bilirsiniz ki, mədəniyyət qurumlarından biriylə çox böyük mübarizə aparıram. Və bu mübarizədə düşmən qazanmışam, nankorluq görmüşəm. Öz sabahımı, adımı, təqaüdümü fikirləşməmişəm. Amma özünü, adını, təqaüdünü, yeni tikilən binada evini düşünənlər mənə düşmən kəsiliblər. Onlar bilmirlər ki, mən qayayam, süni göldə yaradılan günbəz deyiləm. Öz ambissiyama görə sabahnı satan vicdansız deyiləm. Cənab Prezident, mən sizi çox sevirəm, hər zaman da sevəcəyəm. Siz ön cəbhədəsiniz, arxa cəbhədə isə mənim kimi vicdanlı insanlar var və biz sizin yanınızdayıq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024