Kateqoriyalar: Mədəniyyət

2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il “Oskar” kino mükafatları üçün namizədlərin adları açıqlanıb.

Trend-in məlumatına görə, “Ən yaxşı film” nominasiyasına “Məni öz adınla çağır”, “Qaranlıq saat”, “Dünkerk”, “Uzaqlaş”, “Ledi Börd”, “Görünməz sap”, “Məxfi dosye”, “Suyun forması”, “Ebbinqdə üç billbord” filmləri namizəd olub.

“Ən yaxşı rejissor işi” nominasiyasında Kristofer Nolan (“Dünkerk”), Pol Tomas Anderson (“Görünməz sap”), Cordan Pil (“Uzaqlaş”), Gilyermo del Toro (“Suyun forması”) və Qreta Gerviq (“Ledi Börd”) mükafata namizəd görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında isə Timoti Şalame (“Məni öz adınla çağır”), Qari Oldman (“Qaranlıq saat”), Deniel Dey-Lüis (“Görünməz sap”), Denzel Vaşinqton (“Roman İzrael”) və Deniel Kaluuya (“Uzaqlaş”) mübarizə aparacaq.

“Ən yaxşı aktrisa” nominasiyasında Selli Houkins (“Suyun forması”), Sirşa Ronan (“Ledi Börd”, Fransis MakDormand (“Ebbinqdə üç billbord”), Meril Strip (“Məxfi dosye”) və Marqo Robbi (“Mən, Tonya”) “Oskar”a namizəd görülüb.

“Ən yaxşı xarici film” nominasiyasında isə “Fantastik qadın” (Çili), “Bədən və ruh haqqında” (Macarıstan), “Təhqir” (Livan), “Kvadrat” (İsveç) və “Sevgisiz” (Rusiya) filmləri namizəd görülüb.

Bu il bu mükafata “Ən yaxşı qrim və saç düzümü” nominasiyasında isə “Qaranlıq saat”, “Viktoriya və Abdul” və “Möcüzə” filmləri namizəd olub.

Qeyd edək ki, bu mötəbər kino mükafatlarının təqdimetmə mərasimi martın 4-də baş tutacaq. “Oskar” 1929-cu ildən təsis edilib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024