Şirvanda narkotacir tutulub.
Aranxeber APA-ya istinadən xəbər verir ki, Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş, Şirvan sakini 1985-ci il təvəllüdlü Mirzəyev İbrahim İltifat oğlu saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman oradan 29 qram narkotik vasitə olan heroin, bir neçə bükümdə ümumi çəkisi 32,24 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitənin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Şirvan şəhər məhkəməsinin qərarı ilə İ.Mirzəyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…