Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinə attestatların verilməsi daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır:
“Bu məsələdə əsas qurumlardan biri Dövlət İmtahan Mərkəzidir. Çünki buraxılış imtahanı onlar tərəfindən həyata keçirilir. Təbii ki, şagirdlərin növbəti pillədə təhsilini davam etdirməsi üçün bu sənədin olması tələb edilir. Ancaq valideynlərin də təşvişə düşməsinə ehtiyac yoxdur. Bütün məsələlər nəzərə alınır və bunun əsasında növbəti mərhələ üçün addımlar planlaşdırılır. Baş verəcək bütün proseslər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əsas olan budur ki, bu məsələ şagirdlərin təhsilini davam etdirməsi üçün heç bir maneə yaratmayacaq”/azedu.az.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…