Kateqoriyalar: RegionSaatlıSosial

Saatlı. Şikayətçinin iddialarına cavab verildi

““Kanal13”ün “YouTube” sosial şəbəkəsindəki səhifəsində 17 may 2020-ci il tarixdə “FƏRYAD: 650 manat ancaq APTEKƏ borcum var! Uşaq xəstədir, HARDAN ALIM, NECƏ EDİM?” – SAATLIDAN ŞİKAYƏT” başlıqlı yazıda iddia olunanlarla bağlı müvafiq araşdırma aparılıb”.

Məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, videoda sosial problemlərini bildirən vətəndaş rayonun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Vəliquliyeva Cəmilə Vaqif qızıdır:

“O, özünə məxsus olan evdə 2005-ci il təvəllüdlü Vəliquliyeva Günay Mürşüd qızı ilə birlikdə yaşayır.

Birmənalı olaraq bəyan edirik ki, C.Vəliquliyevanın rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlərinə həsasslıqla yanaşılmış, fərdi qəbul edilmiş, ona dəfələrlə ərzaq yardımı və nağd pul yardımları olunmuş, yaşadığı evə təbii qaz çəkilişinə və rüsumunun ödənilməsinə, rayon Mərkəzi xəstəxanasında işlə təminatına köməklik göstərilmişdir.

Sonuncu dəfə 2020-ci ilin mart ayında rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə onun “Kapital Bank”ın rayon filialında olan şəxsi hesabına 200 manat pul köçürülmüşdür. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən də xüsusi karantin rejimi dövründə ailəyə ərzaq yardımı təqdim olunmuşdur.

C.Vəliquliyeva rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində xadimə işləməklə, aylıq 271 manat əmək haqqı alır. Himayəsində əlil övladı olması ilə bağlı vaxtaşırı olaraq rayon xəstəxanası tərəfindən ona dərmanlarının alınmasında zəruri yardımlar olunur.

Cari ilin aprel ayında RMX-nın Həmkarlar təşkilatı tərəfindən ona 50 manat nağd pul yardımı edilmiş, mart ayı üçün pandemiya dövründə əmək haqqına müddətli əlavə 143 manat ödənilmişdir. Qızı G.Vəliquliyeva üçün 2020-ci ilin yanvar ayınadək əlillik pensiyası almış, təkrar müayinə vaxtı çatdığı üçün həmin pensiyanın ödənilməsi dayandırılmışdır. Lakin ölkə ərazisində karantin rejminin tətbiqi ilə əlaqədar onun əlilliyi barədə elektron sistemə müraciət mümkün olmamışdır. Ona təkrar əlillik pensiyası təyin olunması məsələsinə baxılması üçün DSMF-nun rayon şöbəsi tərəfindən müvafiq dövlət qurumlarına müraciət edilmişdir.

C.Vəliquliyevanın qızı G.Vəliquliyeva nevroloji xəstəliyi ilə bağlı rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadır və güzəştli xəstələr üçün nəzərdə tutulan dərmanlar ona da verilir.

C.Vəliquliyevanın sözügedən videoda onun müraciətlərinə baxılmadığı, ailəsinə və özünə heç bir köməklik göstərilmədiyi barədə rayonun rəhbər vəzifəli şəxslər haqqında səsləndirdiyi bütün iddia və fikirləri tamamilə əsassızdır, onun həqiqətdən uzaq olan subyektiv fikirləridir”/reyting.az.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024