Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü olub.
APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu. İsveçrə prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib.
Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışılıb. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışılıb.
Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…