Kateqoriyalar: ÖlkəTəhsil

“İcra başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər” – Millət vəkili

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əməkdaşları tərəfindən həbs olunan icra başçılarının korrupsiya və rüşvətxor əməllərinin arxasında təhsil işçilərinə qarşı hədə-qorxu gəlmə faktları da aşkarlanıb.

Hətta, YAP İcra katibinin müavini Siyavuş Novruzov açıqlamasında bunları deyib: “Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ, gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

O zaman sual olunur. Bu qədər həbslərdən sonra icra başçılarının təhsilə müdaxiləsi sıfırlana bilərmi?

Aranxeber  xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar: “Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri İcra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü bütün həbs olunan İcra hakimiyyətlərinin başçıları rayon Təhsil Şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa – olsun toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşul olublar”. Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb:

“Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon İcra Hakimiyyətinin başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış Damokl qılıncı rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər İcra Hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.)

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024