Azərbaycanda mayın 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Aranxeber xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 18-20° isti olacaq.
Bakıda gecə 16-18°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında yağmursuz hava gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 12-16° isti olacaq.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…