İmişli rayon Mirili kəndinin kəndarası yolları bərbad vəziyyətdədir.
Aranxeber xəbər verir ki, kənd sakinlərin dediyinə görə, ümumi uzunluğu 6 km olan kəndarası yollar tamamilə dağılıb. Uzun illərdir ki, yerli sakinlər yolların yararsızlığından əziyyət çəkir. Hələ 2013-cü ildə efirə getmiş görüntülərdən də görmək olar ki, ötən 7 ildə vəziyyət nəinki yaxşılığa doğru gedir, əksinə, getdikcə daha da pisləşir.
Cavabdeh təşkilatlar isə hələ də söz verməkdə davam edir. Hər yerdən əli üzülən kənd sakinləri çıxış yolunu kəndarası yolun görüntülərini çəkib paylaşmaqda görürlər.
Bu günlərdə kənd sakinlərinin paylaşdığı və bizə göndərdikləri son görüntüləri sizinlə paylaşırıq.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…