Bir neçə gün öncə Zabrat şosesində sürücüyə hədə-qorxu gələn şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Aranxeber-ə verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində “Changan” markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…