Kateqoriyalar: Ölkə

Prezidentin köməkçisi əsir və girovların dəyişdirilməsindən danışdı

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxdıqda Ermənistan tərəfi bu məsələdə də siyasi möhtəkirliyə və münaqişənin həlli prosesini təhrif etməyə çalışır. Onlar həmçinin COVID-19 mövzusunu da siyasi möhtəkirlik obyektinə çevirməyə çalışırlar”.

Aranxeber xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Beynəlxalq ictimaiyyətin də müraciəti ondan ibarətdir ki, bu virus da işğallara və təcavüzlərə son qoyulması üçün münbit zəmin və şərait yardır və dövlətlərin üzərinə zəruri öhdəlik qoyur. Məhz bu amaldan çıxış edərək Ermənistan da əgər öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini nümayiş etdirmək istəyirsə, COVID-19 yaxşı fürsətdir. Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun və Azərbaycanın işğal olunan ərazilərindən öz qoşunlarını çıxarsın, eləcə də məcburi köçkünlərin öz yurdlarına qayıtması təmin edilsin”, – PA rəsmisi qeyd edib.

H.Hacıyev bildirib ki, Azərbaycan dövləti həmişə əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olub: “Ancaq təəssüf ki, Ermənistan tərəfindən də bu sahədə qeyri-humanist siyasət həyata keçirilərək girovların geri qaytarılması həyata keçirilməyib. Ermənistan həmişə bu məsələdən boyun qaçırıb. Qlobal pandemiya şəraitində də əsir və girovların dəyişdirilməsinə çalışır və dəstəkləyirik. Hesab edirik ki, bu sahə ilə məşul olan təşkilatların bu istiqamətdə əlavə səylər göstərməsi vacib və faydalı olardı”.  

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024