Kateqoriyalar: Hadisə

Sel suları hava xətlərinə ciddi təhlükə yaradıb – FOTO

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Quba rayonu ərazisində hava elektrik veriliş xətlərində təhlükəyə səbəb olub.

Aranxeber oxu.az-a istinadən xəbər verir ki, bu barədə mətbuata “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilir ki, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava elektrik veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb. Nəticədə, elektrik dayağının fundamenti yuyulmaq təhlükəsi ilə üzləşib. 

Həmçinin qeyd olunub ki, operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə materal və texnika ayrılıb.

Bu səbəbdən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışır.

Qərb rayonlarında və o cümlədən, “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonlarında da elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024