“Bu il imtahan günlərinin sayı əvvəlki illərlə müqayisədə çox olacaq”.
Aranxeber xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.
Koronavirus pandemiyası ilə əlaqədar bu il imtahanların sanitar-gigiyenik tələblərin qorunması baxımından fərqli şəkildə edəcəklərini deyən N.Hüseynova bildirib ki, əvvəl imtahan zamanı zaldakı bir masa arxasında iki abituriyent əyləşə bilirdisə, bu il bunu edə bilməyəcəklər:
“Bu il imtahan zallarında bir masa arxasında bir şagird əyləşəcək. Əvvəl bir zalda 30-a yaxın abituriyent əyləşdirə bilirdiksə, indi bu rəqəm 12-15 nəfərdən çox olmayacaq. Əvvəl 30 min abituriyent bir gündə imtahan verirdisə, bu il bütün bu rəqəmləri ikiyə bölməli olacayıq. Ona görə də bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan günlərinin sayı da artacaq”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…