Saatlıda oğurluq edən şəxslər saxlanılıb.
Aranxeber xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı rayon sakini E. Mürsəlov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək qardaşına məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər 1 ədəd televizor və 1 ədəd motorlu otbiçən oğurlamaqla zərərçəkmişə 1 450 manat dəyərində ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…