Kateqoriyalar: ÖlkəSağlamlıq

“Azərbaycanda koronavirusun ikinci dalğası başlaya bilər” – XƏBƏRDARLIQ

Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir. Bu təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin, unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb.

Aranxeber Oxu.Az-a istinadən xəbər verir ki, karantin rejiminin yumuşaldılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şəkildə bəzi ayaqqabı təmiri mağazaları, geyim satışı ilə məşğul olan bəzi butiklər, telefon təmiri mağazaları fəaliyyətini bərpa edib.

Bu halda insanlar müəyyən qədər karantin qaydalarını unudaraq gigiyenik normalara, sosial məsafəyə laqeyd yanaşmağa başlayır. Təəssüf ki, bu, yoluxma hallarının artmasına gətirib çıxara bilər və bu heç də arzu olunan hal deyil.

Bəs karantin qaydalarının yumşaldılmasından istifadə edərək, küçələrə çıxan insanlar yoluxma hallarının artmasına səbəb ola bilərmi? Gigiyenik normalara riayət edilməməsi ölkədə koronavirus pandemiyasının ikinci dalğasını başlada bilərmi?

Məsələ ilə bağlı ölkənin Baş infeksionisti Cəlal İsayev Oxu.Az-a danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərə ciddi şəkildə riayət olunmalıdır:

“Mövcud karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bu heç də təhlükənin tamamilə aradan qalxması demək deyil. Əhali arasında yaranan müəyyən rahatlıq gigiyenik qaydalara riayət edilməli olduğunu unutdurur. Bütün dünya ölkələrini cənginə alan COVID-19 infeksiyası çox ciddi və uzunmüddətli prosesdir. Bu günə qədər çəkilən maarifləndirici videoçarxlarda  vətəndaşlara tövsiyə edilən zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Əks təqdirdə bu günə qədər atılan bütün addımlar, qabaqlayıcı tədbirlər öz əhəmiyyətini itirəcək”.

C.İsayev onu da əlavə edib ki, əhali arasında virusa yoluxma hallarının artması pandemiyanın ikinci dalğasının başlanğıcı ola bilər:

“Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejimi yenidən sərtləşdirilə, hətta müvafiq məhdudiyyətlərin müddəti daha da uzadıla bilər. Bu səbəbdən, bu gün hər şey insanların özündən asılıdır. Məhdudiyyətlər nisbətən azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Mümkün qədər özünütəcrid prosesinə əməl olunsa, yaxşıdır. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşlar diqqətli olmaldırlar. İctimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafəni, iki metrlik distansiyanı nəzərə almalıdırlar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunmalıdır”.

Xatırladaq ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “Evdə qal!” “Sağlam qal” həştəqləri ilə sosial çarxlar hazırlanaraq maarifləndirici məlumatlar paylaşılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024