Şirvanda ağac kəsən şəxs cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, quruma Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində zərər dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.
Dəymiş zərərin məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…