Vətəndaşlar İmişlidə icra hakimiyyəti və polis işçilərinin onları incitdiyini iddia edirlər.
Aranxeber Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Söhbət İmişli rayon Hacalmuradlı kəndindən gedir. Kənd sakinləri iddia edirlər ki, icra hakimiyyətinin işçiləri və polislər onlara heyvanları otlaq sahələrinə aparmalarına mane olur:
“Otlaq sahələri icra hakimiyyəti tərəfindən ayrılıb. Amma heyvanlarını həmin otlaq sahələrinə aparan kənd sakinləri icra hakimiyyəti işçiləri tərəfindən cərimələnir. Vəziyyət o dərəcəyə çatıb ki, kənd sakinləri karantin olmasına baxmayaraq, icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar”.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev açıqlamasında bildirib ki, məsələ sakinlərin iddia etdiyi kimi deyil:
“İmişli rayon Hacalmuradlı Bələdiyyəsi tərəfindən kənd sakinlərinin ümumi istifadəsinə sahəsi təxminən 100 hektara bərabər olan otlaq sahəsi ayrılıb. Lakin bir neçə kənd sakini orada başqa şəxslərin qanuni icarəsində olan torpaq sahəsinə girərək heyvanlarını otarıb. Eyni zamanda, kənd sakinlərindən birinin pay torpağına da icazəsiz giriblər. Sakinlərin ikisi də torpaqlarına vurulan ziyan barədə aidiyyəti üzrə orqanlara şikayət edərək, həmin şəxslərin cəzalanmasını tələb ediblər.
Müraciətlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində araşdırma aparılıb. Məlum olub ki, həqiqətən də həmin vətəndaşların qanuni sənədlə icarəyə götürdüyü pay torpağına ziyan vurulub. O məsələ ilə bağlı zəruri tədbir görülüb. İcra Hakimiyyətinin işçiləri tərəfindən kənd sakinlərinə qarşı heç bir təzyiq olunmayıb. Bu gün də kənd sakinlərinin bələdiyyə tərəfindən ayrılan otlaq sahəsində heyvanlarını otarması ilə bağlı heç bir qadağa yoxdur”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…