Kateqoriyalar: ÖlkəTexnologiya

Quyu qazdı, ölkənin internet xəttini kəsdi.

Hazırda Azərbaycan İnternetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən biri olan Delta Telecomun ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqədar olaraq bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib.

İlkin məlumatlara görə Delta Telekomun 2-ci əsas Mərkəzi, ATS 66-da yerləşən Mərkəzi ilə DeltaTelecomun əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib.

Bu qəzanın kimlərsə tərəfindən, xəbərdalıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində Deltanın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb.

Delta mövcud alternativləri işə salsa da son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib. Beləliklə də yalnız DeltaTelecomdan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb.

Eyni zamanda Delta Telecomdan internet alan 2-ci səviyyəli provayderlərin alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda DeltaTelekomda qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunması istiqamətində işlər aparılır.

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

“Baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də problemlər hələ də qalmaqdadır.

Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.
Ölkənin əsas internet təchizatçısı olan DeltaTelecom istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.
Düşünürəm ki, cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.

NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir”. (xəbərlər.az)

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024