İmişlidə 650 ailəyə yardım edilib
Tanınmış xeyriyyəçisi Şükür Astanov şəxsi vəsaiti ilə İmişlinin 29 yaşayış məntəqəsi üzrə ümumilikdə 600 ailəyə ərzaq yardımı edib. Sovqatlar karantin günlərində qida çatışmazlığı ilə üzləşən aztəminatlı ailələrə, evdən çıxa bilməyən yaşlı insanlara çatdırılıb.
Ş. Astanovun rəhbərlik etdiyi 6 nömrəli Magistral Yolların İstismarı Məhdud Məsuliyyətli Cəmiyyəti pandemiyanın ölkəmizə zərərli təsirlərinin qarşısının alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb. Onun nəcib təşəbbüsünə 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi də qoşulub və daha 50 ailəyə ən zəruri qida məhsullarından ibarət bağlamalar verilib. Bundan əlavə, dərman pereparatı, uşaqlar üçün xüsusi qidalar, gigiyenik vasitələr, bəzi məişət əşyaları almaqda çətinlik çəkən ailələrə ayrıca yardımlar edilib.
Aranxeber xeyriyyəçi Şükür Astanovla əlaqə saxlayıb. İş adamı mətbuata geniş açıqlama vermək istəməyib, bu addımını insanlıq və vətəndaşlıq borcu olduğunu vurğulayıb.
6 nömrəli Magistral Yolların İstismarı MMC-ninməsul işçisi, İmişli rayon Ağsaqqallar Şurasının sədri Mütəllim Bəbirov paylaşmaq və yardımlaşmağın xalqımıza, Azərbaycan insanına və möminlərimizə xarakterik xüsusiyyət olduğunu bildirib. O, bütün iş adamlarını imkansız şəxslərə dəstək olmağa çağırır:
“İmkansızlara, yaşlılara, əlillərə, tənha insanlara hər zaman yardım edilməli, qayğı göstərilməlidir. Onların belə gündə daha çox köməyə ehtiyacı var. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan götürür, onlarda bir-birinə qarşı sevgi və hörmət hisləri yaradır. Ehtiyaclı, sıxıntılı insana yardım edənin həm cəmiyyətdə hörməti artar, həm də malı, qazancı bərəkətlənər. Belə günlərdə imkan və iman sahibləri xalqın arasında olmalıdır. Elə etmək lazımdır ki, cəmiyyətdə sosial ədalətin əsası olan maddi və mənəvi tarazlıq pozulmasın. Azərbaycan prezidentinin “Biz birlikdə güclüyük” şüarı bütövlükdə cəmiyyətə ünvanlanıb. Pandmiyanın zərərlərini aradan qaldırmağa hər kəs imkanı daxilində öz töhfəsini verməlidir.”
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…