Kateqoriyalar: Hadisəİdman

AVRO-2020-nin Bakıda keçirilməsinə razılıq verildi

AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq məktubu göndərib.

Aranxeber oxu.az-a istinadən xəbər verir ki, AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

Bununla bağlı əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun üç oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib. 

Daha əvvəl Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münhen) futbol federasiyaları bu yarışı keçirmək niyyətlərinin dəyişmədiyini bildiriblər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024