Kürdəmir polisi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb.
Aranxeber Baku.Tv-a istinadən xəbər verir ki, Kürdəmirin Ucar rayonu ilə sərhədində qurulmuş postda xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yasa getmək bəhanəsi ilə rayon ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakinləri – 52 yaşlı Allahverdi Hacıyev və 42 yaşlı Tofiq Cabbarov saxlanılıb.
Yoxlama zamanı məlum olub ki, saxlanılan Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək, yaxınlarının yas mərasiminə getmək istədiyini bildirib. Polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub.
Onun həmyerlisi Tofiq Cabbarov isə özünü Yevlax rayon Su idarəsinin işçisi kimi təqdim edərək, icazəsiz rayon ərazisinə daxil olmağa cəhd edib. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.
A.Hacıyev və T.Cabbarov ilkin dindirilmə zamanı karantin rejimi qaydalarını bilərəkdən pozduqlarını etiraf ediblər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…