12 aprel Beynəlxalq Kosmonavtika Günüdür. 1962-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin bəşəriyyət tarixində ilk dəfə planetin hüdudlarından kənara çıxdı. O gündən sonra Yuri Qaqarin nəinki SSRİ-nin, eləcə də bütün dünyanın qəhrəmanına çevrildi.
Sovet kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub.
Aranxeber AzEDU.az-a istinadən xəbər verir ki, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.
Qeyd olunur ki, təlimatçı Vladimir Seryoginlə birgə uçuş keçirən Yuri Qaqarin tapşırığın birini yerinə yetirdikdən sonra kursun dəyişməsi üçün icazə istəyib.
Dispetçerin icazəsindən sonra Y.Qaqarinin təyyarəsi qismən aşağı enərək hədəflə toqquşub.
Araşdırma nəticəsində məlum olub ki, dispetçer icazə verdikdən sonra “Eniş etmədən” ifadəsini işlətməli idi.
Komandanın düzgün verilməməsi nəticəsində təyyarə qəzaya uğrayıb.
Qeyd edək ki, dünyada ilk kosmonavt olmuş Yuri Qaqarin 1968-ci ilin martında həlak olub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…