Kateqoriyalar: DünyaTəhsil

Zoom vasitəsilə dərslərin keçirilməsi qadağan olundu.

Sinqapur Təhsil Nazirliyi Zoom sistemi vasitəsilə dərslərin keçirilməsini qadağan edib.

Aranxeber aztehsil.com-a istinadən xəbər verir ki, belə bir qərar dərslərdən birinin hakerlar tərəfindən hücumə məruz qalmasından sonra qəbul olunub.

“Onlayn dərslərin keçirilməsi davam edəcək, lakin digər resurslar seçiləcək”,-deyə Təhsil Texnologiyaları şöbəsinin rəhbəri Aron Lo bildirib. Həmçinin, müəllimlər bu cür platformalardan istifadə edərkən dərslərin necə təhlükəsiz aparılacağına dair təkrar təlimatlar alıblar.

Aron Lo-nun sözlərinə görə, nazirliyin əməkdaşları, həmçinin lazımi təhlükəsizlik tədbirlərinin hazırlanması üçün Zoom xidmətinin nümayəndələri ilə məsləhətləşmələr aparacaqlar.Hadisə aprelin 8-də şəhərin şimalındakı orta məktəblərin birində – yerli məktəblərdə dərslərin dayandırıldığı və distant təhsilin başlandığı ilk gündə olub. Hakerlar dərslərin keçirildiyi konfransı dağıdıb, ekranda qeyri-etik şəkillər göstərilib. 

Buna baxmayaraq, Sinqapurun müxtəlif dövlət qurumları hələ də Zoom-dan  yararlanmaqda davam edir. Belə ki, koronavirusun yayılmasının qarşısının alınması üzrə idarələrarası işçi qruplarının rəhbərləri tərəfindən mütəmadi brifinqlər keçirilir.

ABŞ-ın  “The Vaşinqton Post” qəzeti bildirib ki, bu xidmət vasitəsi ilə həyata keçirilən özəl video zənglərin bir neçə min yazısı internetdə açıq şəkildə üzə çıxıb, onların arasında müxtəlif şirkətlərin işçi konfransları, ibtidai məktəblərdə məşğələlər, həmçinin xidmət istifadəçilərinin şəxsi söhbətləri yer alıb.

Xatırladaq ki, baş qərargahı San-Xose-də yerləşən Zoom Video Communications şirkəti 2011-ci ildə Çin əsilli amerikalı iş adamı Erik Yuan tərəfindən təsis edilib. Ötən ay xidmətin gündəlik auditoriyası 200 milyon nəfərə çatıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024