Kateqoriyalar: Dünyaİdman

UEFA prezidenti FIFA-nı tənqid etdi

UEFA prezidenti Aleksander Çeferin FIFA-nı tənqid edib.

Aranxeber Report-a istinadən xəbər verir ki, sloveniyalı funksioner ZDF-ə müsahibəsində ali futbol qurumunun koronavirus böhranı dövründə milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyinə dair yanaşmasından narazılıq ifadə edib.

“FIFA Fövqəladə Fond vasitəsilə təcili ehtiyacı olanlara yardım edəcəyini bildirib. Bəs bunu kim müəyyənləşdirəcək? Biz ali futbol qurumunun kimə nə qədər verəcəyini həll edə bilməsi üçün bununla razılaşmalıyıq. Mənim fikrimcə, bu, bir qədər qəribədir” deyə Çeferin vurğulayıb.

Onun sözlərinə görə, pulların hara getdiyini heç kim nəzarətdə saxlaya bilməz: “Bu, sərt qaydalar tələb edir. Siz FIFA-ya sadəcə deyə bilməzsiniz ki, pullar hara gedir”.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl konkret məbləğ açıqlamadan milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyi göstəriləcəyini bildirib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024