Sirkələrdən tərkibinə görə ən yaxşısı alma sirkəsidir.
Aranxeber xəbər verir ki, bu barədə Fizuli Hüseynov məlumat verib. Və bəzi problemlərin həlli yolunu göstərib;
Qandakı şəkər və insulin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlar ondan istifadə etməməlidir. Və ya 1 çay qaşığı sirkə 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə istifadə edilə bilər.
Saçlardakı kəpəyi, saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 1 stəkan su ilə qarışdırın və saçları yuyanandan sonra diblərini həmin məhlulla isladın.
Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.
1 xörək qaşığı alma sirkəsinin 1 stəkan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamaq üçün yaxşı vasitədir. Bu qarışım iştahanı azaldır. Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stəkan olmaqla 3 ay içilməlidir.
Alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün əla vasitədir, ona görə də üz səpgilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nisbətdə qarışdırılmış alma sirkəsinə pambıq batırılıb gündə iki dəfə silinir.
Tənzifi alma sirkəsində isladıb və varikozlu ayaqlara bağlayıb gündə bir dəfə 1 saat bədən səviyyəsindən hündürdə saxlasanız çıxmış damarlarınız yavaş-yavaş düzələr.
Alma sirkəsinin evdə hazırlanma qaydası:
5 kq alma
1 stəkan təbii sirkə və ya sirkə anası (1 xörək qaşığı)
2 stəkan şəkər (bal da ola bilər)
Yarım çay qaşığı duz.
Əvvəlcə almaları yuyub, tumunu təmizləyib sürtgəcdən keçirin (ətçəkən maşından və ya şirəçəkəndən) və yuxarıda yazdıqlarımızın hamısını 4 litr filtrasiya olunmuş suya əlavə edib yaxşı-yaxşı qarışdırın. Bir qazana tökün, üstünü qapaqla yox tənziflə örtün, günəş dəyməyən, temperaturu 25 dərəcədən çox olan bir yerə qoyun və hər gün bir dəfə qarışdırın. Əgər sirkənin daha tez əmələ gəlməsini istəyirsinizsə, içinə qarışan alma sirkəsinin miqdarını 0.5 litrə qədər artıra bilərsiniz. Təxminən 1 aydan sonra sirkəniz hazırdır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…