DYP-dən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə bağlı AÇIQLAMA

Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb.

Aranxeber Trend-ə istinadən xəbər verir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək:

“Təhlükəsizlik tədbirləri ilə əlaqədar DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunacaq.

Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranamaması üçün xüsusi rejimə riayət edilməsi məqsədilə 18 mart tarixində günorta saatlarından sonra paytaxt istiqamətinə hərəkət etməsinlər.

Həmçinin sürücülərin diqqətinə çatdırılır ki, xüsusi buraxılış rejimi qaydalarını pozan, eləcə də polisin qanuni tələblərinə tabe olmayan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024