Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb.
Aranxeber-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İB-in baş direktorunun müavinləri-Ramil İsgəndərovla Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər.
Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra İB-nın baş direktoru R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. Müsahibədə “Azəriqaz” İstehsalat Birliyində “Koronavirus” infeksiyasının yayılmaması üçün görülən profilaktik tədbirlərdən söz açılıb: “SOCAR prezidentinin əmri ilə həm baş ofis, həm də struktur təşkilatlarda müəyyən işlərə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında bu əmrə uyğun olaraq dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və Birliyimizə gələn insanların hərarəti cihazlarla ölçülür.
Bilirsiniz ki, bizim təşkilatımız SOCAR sistemində ən çox insanlarla ünsiyyətdə olan təşkilatdır. Abonentlərin müraciətlərini nəzərə alsaq, birliyə gündəlik çox sayda insan axını olur. Biz xidmət sahəsində çalışırıq, çöl şəraitində işlərimiz çox olur. 104/185 saylı Çağrı Mərkəzinə gələn zənglər əsasında mənzillərə baxış keçirməli oluruq. Ona görə də profilaktik tədbirlərə ciddi riayət edilir. Hər bir əməkdaşımız təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…