Ötən 1 sutka ərzində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində 36 nəfər saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində ölüb.
Aranxeber xəbər verir ki, bu barədə Trend IRNA informasiya agentliyinə istinadən məlumat verib. Bunu İranın Xuzistan vilayətinin Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur jurnalistlərə açıqlamasında deyib.
Ə.Ehsanpurun sözlərinə görə, saxta spirtli içkilərdən istifadə etməsi ilə əlaqədar 270 nəfər xəstəxanalara müraciət edib.
Ehsanpur əlavə edib ki, müraciət edənlərin 95%-i Əhvaz rayonuna aiddir. Pasiyentlərin 150 nəfəri müalicə olunaraq buraxılıb.
Qeyd edək ki, yeni koronavirusun müalicəsində spirtli içkilərdən istifadənin bu virusa qarşı faydalı olması şayiəsi yayılıb. İranın Xuzistan vilayətində ötən günədək (9 mart) 83 nəfərin bu virusa yoluxması və 18 nəfərin ölməsi təsdiqlənib.
Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək (9 mart) 7 161 nəfərin yeni koronavirusa yoluxduğunu, 237 nəfərin öldüyünü və 2 394 nəfərin sağaldığını təsdiqləyib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…