Kateqoriyalar: BaşDünyaMaraqlı

2020-ci ilin ən etibarsız avtomobilləri – SİYAHI

«JD Power» portalının ekspertləri 2020-ci ilin ən etibarsız avtomobil brendlərini açıqlayıb. 

Aranxeber FED.az-ın araşdırmasına istinadən xəbər verir ki, bu məqsədlə 2017-ci il buraxılışlı avtomobillərə sahib olan 36 555 avtomobil sahibi arasında sorğu keçirilib. Sorğu zamanı onlar 3 illik istifadə müddətində avtomobillərin etibarlığını və dözümlüyünü qiymətləndiriblər.

Reytinq müəllifləri hesab edir ki, ümumilikdə səsləndirilən problemlərin sayı azalıb, amma bəzi brendlər əvvəlki kimi liderlərdən çox geri qalır.

Bu sorğuya əsasən, 2020-ci ilin ən etibarsız 10 avtomobili təqdim edilir.

10. Subaru

Bu yapon brendi etibarsız avtomobillərin reytinqində 10-cu yeri tutur. Sorğuya əsasən, 100 avtomobil üzrə ortaya çıxan problemlərin sayı 154-dür.

9. Infiniti

Daha bir yapon brendi – Infiniti – siyahıda 9-cu yeri tutur. Bu markada 100 avtomobilə 155 problem ortaya çıxıb.

8. Dodge

Amerikan brendi – Dodge – siyahıda 8-ci yeri tutur. Bu brendin hər 100 avtomobilinə 158 problem səsləndirilib.

7. Jeep

Siyahıda yeddinci yerdə daha bir amerikan brendi Jeep gəlir. Hər 100 avtomobil üçün səsləndirilən problemin sayı 159-dur.

6. Fiat

Köhnə, amma sevimli italyan brendi – Fiat problemli avtomobillərin siyahısında 6-cıdır. Burada hər 100 avtomobilə 160 problem düşür.

5. GMC

Bu brend altında yük avtomobilləri, yolsuzluq maşınları, furqonlar və pikaplar satılır. Yəni məntiqlə bu marka etibarlı olmalıydı, amma xeyr. GMC brendinin hər 100 avtomobilinə 162 problem yığılıb.

4. Volvo

Çoxları Volvo brendini yüksək keyfiyyət və etibarlılıq simvolu sayır. Amma sorğu göstərib ki, bu belə deyil. Sorğuda məlum olub ki, hər 100 Volvo avtomobilinə 185 problem düşür.

3. Jaguar

Jaguar 2020-ci ilin ən etibarsız avtomobillərinin ilk 3-lüyündə yer alıb. Hər 100 Jaguar avtomobilinə 186 problem düşür.

2. Chrysler

Amerika brendi Chrysler etibarsız brendlərin sırasında ikinci yerdədir. JD Power-in hesabatına görə, hər 100 Chrysler avtomobili üzrə 214 problem yığılıb.

1. Land Rover 

Sorğu göstərib ki, 2020-ci ildə dünyada ən etibarsız avtomobil brendi Land Rover-dir. Bu markanın hər 100 avtomobili haqqına 220 problem ortaya çıxıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024