2019-cu ilin yanvar-dekabr aylarında Neftçala rayonunda 1 milyon 235,2 min manat məbləğində 15 tender keçirilib.
Aranxeber Fed.az-a istinadən xəbər verir ki, Neftçala rayonunda 15 tenderin 8-ni icra hakimiyyəti keçirib. İcra hakimiyyətinin keçirdiyi tenderlərin ümumi məbləği 471,2 min manatdır.
Neftçala Suvarma Sistemləri İdarəsi keçirdiyi tenderlərin ümumi məbləğinə görə birincidir. Dövlət qurumunun 5 tenderinin ümumi məbləği 737,8 min manatdır.
Rayon üzrə ən çox tender qazanan şirkət “İlkin-N” MMC-dir. Şirkət Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 3 tenderini qazanıb. Şirkətin 3 tenderdən qazandığı məbləğ 490.8 min manat dır. Neftçala rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderini “Göy-göl tikinti” MMC qazanıb. Şirkət 1 tenderdən 290 min manat qazanıb.
Bundan başqa rayonda Neftçala rayon Mərkəzi Xəstəxanası müvafiq satınalmalar həyata keçirib. Xəstəxananın tenderlərinin qalibi fiziki şəxslər olub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…