Kateqoriyalar: BaşSosialTəhsil

Təhsil Nazirliyi: Bəzən 68-69 yaşlı müəllimə 1-ci sinfi vermək istəyirlər

Ümumtəhsil müəssisələrində müəllimlər üçün çalışmanın yaş həddinin uzadılması məsələsində heç də həmişə qaydalara əməl edilmir.

aranxeber.com Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bəzən 68, 69 yaşlı ibtidai sinif müəlliminə dərs keçmək üçün yeni bir sinif vermək istəyirlər:

“Bəzən görürsən ki, müəllimin 68, ya 69 yaşı var, amma ona 1-ci sinfi vermək istəyirlər. Bu hal da ona gətirir ki, həmin müəllim ən azı 72-73 yaşına kimi işləməlidir. Azərbaycanın qanunvericliyinə əsasən isə çalışmanın son yaş həddi kimi isə 70 yaş müəyyən edilib. Belə məsələlərlə bağlı araşdırmalar aparılmalıdır”.

M.Camalzadənin sözlərinə görə, ümumtəhsil müəssisələrində işləyən və çalışmanın maksimal yaş həddinə çatmış müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi hələ ki, mərkəzləşdirilməyib:

“Bu proses hələ ki, yerli təhsil idarəetmə orqanlarının və ərazi maliyyə hesablaşma mərkəzlərinin birgə razılığı əsasında həyata keçrilir. Növbəti mərhələlərdə bu prosesin necə dəyişəcəyi aparılan monitiorinq və təhlillərin nəticəsində bilinəcək. Təhsil Nazirliyi tərəfindən monitorinqlər aparılır, rüblük hesabatlar hazırlanır. Hesabatlara əsasən, müəyyən bölgələrdə qaydaların pozulması hallarına rast gəlinir”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024