Son beş il ərzində (2015-2019-cu illər) Azərbaycanda 197,77 mln. tondan çox neft hasil edilib.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasında apardığı hesablamalara görə, neft hasilatı üzrə ən yüksək göstəricisi 2015-ci ildə qeydə alınıb və 41,69 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2019-cu ildə olub – 37,52 mln. ton təşkil edib.
Hesablamalara əsasən, 2015-ci ildən 2019-cu ilədək Azərbaycanda neft hasilatı 10% azalıb.
Qeyd edək ki, Azərbaycanda neft və qaz yataqlarının bir hissəsində hasilat SOCAR-ın öz gücü hesabına, bəzilərinin də isə xarici şirkətlər ilə birgə aparılır. Ölkədə neft hasilatının böyük hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Şıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun payına düşür.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov öncə bildirdiyinə görə, 2010-cu ildən bəri Azərbaycanda biz neft hasilatında təbii azalma müşahidə edilir. Lakin bu, idarəolunan bir azalmadır. 2020-ci il və sonrakı illərdə neft ölkədə hasilatının tədricən azalacağını gözlənilir. Azalma əsasən son illər ərzində AÇG blokunda müşahidə edilib və hazırda da müşahidə edilir.
Blokun işlənilməsi layihəsinin operatoru olan BP-nin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında burada 20 mln. ton neft hasil edilib, bu da 9% azalma deməkdir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…