Kateqoriyalar: BaşHadisəÖlkə

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

“Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”.

aranxeber.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir. Buna baxmayaraq Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib”.

Mütəxəssis vətəndaşlara müraciət edərək bildirib ki, virusun əlamətləri qripin klinikasına oxşardır: “İlk növbədə əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır. Əgər ətrafda xəstə şəxs varsa, ondan kənar gəzmək məsləhətdir. Çöldən gələndə əllərin sabunla yuyulması, spirtlə silinməsi mütləqdir. Eyni zamanda kimsə özündə virusun hər hansı əlamətini hiss edərsə, dərhal həkimə müraciət etməlidir”.  

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024