Kateqoriyalar: BaşİqtisadiyyatSosial

Fevraldan pensiyalar 15% artırılır – AÇIQLAMA

“Əmək pensiyaları orta aylıq əməkhaqqının 2019-cu ildəki artım teminə uyğun şəkildə indeksləşdiriləcək”.

aranxeber.com Marjaya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

“Bütün pensiyaçıların təqüdlərinin sığorta hissəsi ötən il əməkhaqqının artım teminə uyğun şəkildə indeksləşdiriləcək. Bizim təxmini gözləntimiz 15% ətrafındadır. Son illər ərzində bu böyüklükdə artım olmamışdır. Bildiyimiz kimi, ötən il minimum əməkhaqqı təxminən 2 dəfə artırılıb. Minimum əməkhaqqının artırılması zəncirvari effekt ilə orta aylıq əməkhaqqının 15% artmasına şərait yaratmışdır. Rəqəmlər təqdim edildikdən sonra, Fevral ayında əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə orta əməkhaqqının artım tempinə və fərdi şəxsi hesablarda yığılan pensiya kapitalı isə ötən ildəki inflyasiya (2,6% – Marja) səviyyəsində indeksləşdiriləcək. Artımlar Fevral ayında pensiyalar ödənilərkən vətəndaşlara ödəniləcəkdir”,- Babək Hüseynov deyib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024