Kateqoriyalar: BaşRegionTəhsil

İmişli rayonunda Respublika fənn olimpiadalarının birinci – rayon mərhələsinin nəticələri məlum olub

2019-2020-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci – rayon mərhələsinin nəticələri məlum olub.

aranxeber.com xəbər verir ki, nəticələrə əsasən, İmişli rayonu ümumi təhsil məktəbləri üzrə birinci mərhələdə iştirak etmiş 436 nəfər şagirddən 36 nəfəri olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Belə ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 6, riyaziyyat fənni üzrə 7, fizika fənni üzrə 2, kimya fənni üzrə 5, biologiya fənni üzrə 8, tarix fənni üzrə 7 və coğrafiya fənni üzrə 4 şagird uğur əldə edib.

Xatırladaq ki, bütün fənlər və siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə 10-cu sinif şagirdləri üçün isə 30 faiz və daha yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar.

Fənn olimpiadalarının birinci mərhələsində iştirak etmiş şagirdlərin nəticələri təhsil aldıqları məktəblərə göndəriləcək.

Etiketlər: İmişlitəhsil
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024