İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq kimliyi müəyyənləşdirilərək Yevlax rayonuna gətirilib.
aranxeber.com xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.
Xatırladaq ki, V. İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.
Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V. İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə bu gün Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…