20 Yanvar Ümumxalq hüzn günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
aranxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.
Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.
Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.
Saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…