Rusiya hökuməti istefa verib.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin Nazirlər Kabineti ilə görüşündə bildirib.
D. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişikliklər təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini düzgün hesab edir.
“Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil, bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki, bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya getməsi daha doğru olardı”, – deyə D. Medvedev vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib. Rusiya lideri bildirib ki, yaxın vaxtlarda kabinetin hər bir üzvü ilə ayrılıqda görüşəcək. O, kabinet üzlərindən vəzifələrinin tam şəkildə icrasını hələlik davam etdirmələrini də xahiş edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…