Ucar rayon sakinində ov tüfəngi aşkarlanıb.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ə.Əliyevdən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Cəlilabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maşlıq kənd sakinləri F.Zeynalovdan, Z.Sadıqovdan və Q.Hüseynovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş 3 ədəd “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmçinin, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…